2 C
Baku
Saturday, December 14, 2024

Ən yüksək IQ-ə malik ölkələr

IQ testlərə inanırsınız? Əgər inanırsınızsa, bu sahədə lider ölkələrin reytinqi sizə də maraqlı olacaq.

10. İsveçrə və İsveç. Orta IQ səviyyəsi: 101

İsveçrə işgüzar vətəndaşalrı və geniş müəssisələri ilə məşnhurdur. Burada bank sahəsini də unutmaq lazım deyil. İsveç isə təhsilli vətəndaşlarının sayına görə lider hesab edilir.

9. Avstriya. Orta IQ səviyyəsi: 102

Avstriya bu reytinqdə 102 balla yer almış yeganə ölkə deyil. Digər ölkələrlə aşağıda tanış ola bilərsiniz. Bu ölkədə ibtidai təhsil ödənişsiz və məcburidir. Təbii ki, şagirdlər bununla kifayətlənmir və böyük əksəriyyəti ali təhsilə də davam edirlər. Kiçik Avstriyada 23 dövlət və 13 özəl universitet fəaliyyət göstərir.

8. Almaniya. Orta IQ səviyyəsi: 102

Almaniya federativ Respublikasının iqtisadi göstəriciləri də onun IQ səviyyəsi göstəriciləri kimi nəzərə çarpandır. Adambaşına düşən ÜDM-la ölkə bütün Avropada öndə gedir. Dünyanın ən qədim və prestijli universitetlərindən bəziləri də məhz burada yerləşir. Buna misal olaraq 1386-cı ildə əsası qoyulmuş Heydelberq universitetini göstərə bilərik. Bu universitetin 55 məzunu Nobel mükafatına layiq görülmüşdür.

7. İtaliya. Orta IQ səviyyəsi: 102

İtaliya da öz şimal qonşularından geri qalmır. Ölkə adambaşına düşən dahilərin sayına görə dünya liderlərindən biridir.

6. Hollandiya. Orta IQ səviyyəsi: 102

Hollandiyada ilkin 12 illik təhsil məcburidir. Ekspertlərin rəyinə görə ölkənin təhsil sistemi dünya reytinqində 9-cu pilləni tutur. Qeyd edək ki, bu reytinqə Finlandiya başçılıq etmişdi və ölkə IQ səviyyəsinə görə 25-ci yerdə idi.

5. Sinqapur. Orta IQ səviyyəsi: 103

5 milyon əhaliyə sahib Sinqapurda adambaşına düşən ÜDM 270 milyard dollar təşkil edir. Dünya bankı isə Sinqapuru biznes aparmaq üçün ən yaxşı ölkə adlandırıb.

4. Tayvan. Orta IQ səviyyəsi: 104

Tayvanda çoxlu sayda yüksək texnologiyalı məhsullar istehsal edilir. Əhalinin əksəriyyəti isə yüksək təhsil əldə edir. Ölkədə dəqiq elmlər və ingilis dili fəal şəkildə istifadə edilir.

3. Yaponiya. Orta IQ səviyyəsi: 105

Tokio universiteti bütün Asiyada ən yaxşı universitet hesab edilir və dünyanın ən yaxşı təhsil müəssisələri reytinqində 25-ci pilləni tutur. Əhalinin təhsillilik səviyyəsi 90% təşkil edir. IQ testlərlə yanaşı yaponlar riyazi tapşırıq və digər elmi məsələləri böyük uğurla həll edirlər.

2. Cənubi Koreya. Orta IQ səviyyəsi: 106

Reytinqin ikinci pilləsində Cənubi Koreya yer almışdır. Ölkə ən yüksək sürətli internetə və ən yüksək IQ səviyyələrindən birinə sahibdir. Ölkənin təhsil sistemi də ən yaxşı və tələbat olan sistemlərdən biri hesab edilir. Lakin bununla yanaşı bir mənfi cəhət vardır ki, bu da imtahan ərəfəsində özünəqəsd hallarının çox olmasıdır. Bəzi koreyalı tələbələr günlərinin 14 saatını təhsilə sərf edirlər.

1. Honq Konq. Orta IQ səviyyəsi: 107

Ölkədə dəqiq və təbiət elmləri ciddi şəkildə tədris edilir və o təhsil reytinqində sadəcə Finlandiyadan geri qalır. Honq Konqda 7,1 milyon əhaliyə mindən çox məktəb düşür.

Son xəbərlər
Digər xəbərlər