13 C
Baku
Wednesday, May 8, 2024

Ən yüksək maaş verən high-tech şirkətlər

Texnoloji şirkətlərin öz əməkdaşlarına təqdim etdiyi bonusların və mükafatların həcmini nəzərə alaraq, onların öz işlərindən nə dərəcədə məmnun olduqlarını təxmin etmək elə də çətin deyil. Əmək bazarını araşdıran Glassdoor resursunun apardığı araşdırmaya görə, Google şirkəti əməkdaşlarına ən yüksək maaş təqdim edən Amerika şirkətləri içərisində birinci yerdədir.

Google şirkətinin mühəndisləri 128 min dollar həcmində orta səviyyəli əmək haqqı bazasına sahibdirlər. Facebook şirkətinin mühəndisləri isə nisbətən az, yəni 120 min dollar əmək haqqı əldə edirlər. Microsoft və Amazon şirkətləri isə öz əməkdaşlarına 111 min və 105 min dollar təqdim etməklə siyahını tamamlayırlar.

Apple şirkəti öz mühəndislərinə Amazon şirkətində olduğundan daha çox əmək haqqı verir. Lakin şirkətin ümumi qiymətləndirilməsi onun nisbətən yüksək pillələrdə yer almasına imkan vermədi və şirkət müvafiq olaraq reytinqdə yalnızca 25-ci pilləni tuta bildi.

25 pillədən ibarət olan reytinqə 12 texnoloji şirkət daxil olub. Burada Facebook 3, Adobe 4, Microsoft isə 18-ci pillədə qərarlaşmışdır. Qeyd edək ki, reytinq nəhəng şirkətlərin əməkdaşları arasında anonim olaraq təşkil edilir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər