Hər birimiz işlədiyimiz əmək müqabilində yüksək əmək haqqı almağı arzu edirik. Lakin bir çox hallarda bizim istəyimiz şirkətin şəxsi büdcəsi ilə tərs mütənasiblik təşkil edir.
Bununla yanaşı, bir çox dünya şirkətləri öz strategiyalarına sadiq qalaraq yüksək əmək haqqı müqabilində ən ixtisaslı mütəxəssisləri işə cəlb edirlər. Bəs dünyada ən yüksək əmək haqqını hansı şirkətlərdə təklif edirlər?
№ | Şirkət | Orta illik əmək haqqı | Vəzifə | Bonuslar |
1 | Bingham McCutchen LLP | $216,00 min | Hüquqi tərəfdaş | müxtəlif çoxsaylı bonuslar |
2 | Alston & Bird | $182,39 min | Hüquqi tərəfdaş | məzuniyyətdə olan əməkdaşların işini icra etməyə görə bonuslar |
3 | Perkins Coie | $165,82 min | Hüquqi tərəfdaş | yüksək təqaüd, ev heyvanlarının sığortası |
4 | Arnold & Porter LLP | $160,00 min | Hüquqi tərəfdaş | pulsuz bahalı nahar |
5 | Hilcorp Energy Company | $159,94 min | Mühəndis | planın yerinə yetirilməsi müqabilində minimum 100 dollarlıq çeklər |
6 | DevonEnergy | $155,84 min | Araşdırma və istehsalat mütəxəssisi | hər 6 aydan bir əmək haqqının 4% artırılması, yüksək təqaüd |
7 | EOG Resources | $138,50 min | Mühəndis | yaşa dolduqda təqaüdə 100%-lik əlavə |
8 | Cisco | $135,65 min | Texniki cəhətdən aparıcı mühəndis | yerli işçilərə əlavələr |
9 | Hitachi Data Systems | $134,75 min | Satış mütəxəssisi | maaşa əlavə bonuslar |
10 | Salesforce.com | $129,16 min | Proqram təminatı mühəndisi | müxtəlif çox saylı bonuslar |