11 C
Baku
Monday, November 25, 2024

Ən yüksək nominallı dollarlar

100 ABŞ dollarının dövriyyədə olan ən yüksək nominallı banknot olduğunu düşünürsünüz? Əslində, 100 dollardan da böyük dollar banknotları mövcuddur və artıq çap olunmurlar. Lakin onlardan bəziləri hələ də dövriyyədə qalmaqdadır. 

$500. Bu banknotda ABŞ-ın 25-ci prezidenti William McKinley təsvir edilmişdir. Bu banknot 1934-1945-ci illər ərzində dövriyyədə olub. 500 dolları indi də dövriyyədə olan digər pullarla mübadilə etmək mümkündür. Əksər bu pullara kolleksionerlərdə rast gəlmək mümkündür.

1

$1000. Bu nümunədə isə digər bir ABŞ prezidenti Stephen Grover Cleveland təsvir edilib. Bu pullar 1969-cu ildən etibarədən dövriyyədən yığışdırılıb.

2

$5000. Bu banknotun üzərində isə ABŞ-ın 4-cü prezidenti Ceyms Medison təsvir edilib. Bu gün bu banknotdan banka depozit yatırmaq üçün istifadə etmək olar. Əlbəttə ki, təcrübədə bundan heç kim istifadə etmir. Çünki banknot nominalından daha yüksək dəyərə malikdir və adətən kolleksionerlər tərəfindən daha çox toplanır.

3

10000 dollar üzərində ABŞ-dakı vətəndaş müharibəsi zamanı Amerikanın dövlət xadimi olmuş Semon Portlend Çeyzin təsviri əks olunub.

4

$ 100 000. Heç vaxt ictimai dövriyyədə olmayıb və federal ehtiyat sisteminin bankları arasında tranzaksiyalar zamanı istifadə edilib. Elektron pul sistemləri yarandıqdan sonra bir çox nağd tranzaksiyalar lazımsız oldu.

5

Son xəbərlər
Digər xəbərlər