16 C
Baku
Thursday, May 16, 2024

Ən yüksək və ən aşağı vergisi olan 12 ölkə

Vergi mükəlləfiyyətlinin daşınmasına görə ölkələrin bir neçə üsul əsasında müqayisəsini aparmaq olar. Müqayisəni vahid meyar əsasında aparmaq və obyektivliyi qorumaq üçün biz ölkədəki işləyən əhalinin orta gəlirinə tətbiq edilən gəlir vergisinin ən yüksək həddindən istifadə edəcəyik. Dərhal onu vurğulayaq ki, söhbət inkişaf etməkdə olan iqtisadiyyatlardan və ya Afrika ölkələrindən getməyəcək. Biz bu icmala yalnız inkişaf etmiş ölkələri daxil etmişik.

Dünyada vergilərin ən yüksək olduğu ölkələr

Belçika

Ən yüksək vergi tarifləri ilə əsasən Qərbi Avropa ölkələri fəxr edə bilər. Belçika bu siyahıya başçılıq edir, belə ki, orta gəlir üzrə son vergi həddi 54%-ə çatır. Belə yüksək vergilərə baxmayaraq, Belçika iqtisadiyyatı heç də pis görünmür, ölkənin ÜDM-i $392 milyard (18-ci yer) təşkil edir. Həmçinin illik məhsul və xidmət ixracı $322 milyarda çatır. Bununla yanaşı Beynəlxalq Valyuta Fondu qeyd edir ki, Belçikada mənfi iqtisadi artım tendensiyası müşahidə olunur, işsizlik artır və bu ölkədə büdcə kəsiri 3%-ə çatır».

Finlandiya

Orta statistik məşğul insana düşən vergi dərəcəsinin son həddi 46,6% olan Finlandiya ən yüksək vergiləri olan ölkələrin reytinqində özünə layiqli yer tutmuşdur. Buna rəğmən, vergi dərəcələrinin eyni qədər yüksək olduğu bir çox ölkələrdən fərqli olaraq, ümumilikdə Finlandiya ölkə iqtisadiyyatını çox yaxşı durumda saxlamağa müyəssər olur. Ölkə dünya üzrə adam başına düşən ÜDM göstəricisinə görə 20-ci yeri tutur, bu göstərici $36,3 minə çatır. Digər Avrozona ölkələri ilə müqayisədə Finlandiya özünü son illər daha yaxşı hiss edir. Onlar həm də bank böhranından yayınmağa müvəffəq olurlar.

Almaniya

Əməkdaşların orta gəlirinə tətbiq edilən vergi gəlirinin sən həddinə görə Almaniya yuxarıda adı sadalanan ölkələrdən çox da geri qalmır (45%). Alıcılıq qabiliyyəti paritetinə görə adambaşına düşən orta ÜDM miqdarı Almaniyada $35,5 min (bu dünya reytinqində Belçikanın ardınca 20 sıra anlamına gəlir) təşkil edir. Qeyd etmək lazımdır ki, yüksək vergilər ölkədən emiqrasiya edənlərin sayının artmasına rəvac verir. Baxmayaraq ki, ölkəyə gələn immiqrantlar say baxımından bu fərqi kompensasiya edir, təhsil və peşəkar yararlılıq nöqteyi-nəzərindən ölkəyə gələn insan resurslarının axını səviyyə baxımından çox-çox aşağıdır. Maliyyə fəlakətinin kandarında olan Yunanıstana milyardlarla ödənişlərin edilməsi ölkənin bank sektoru və iqtisadiyyatına öz mənfi möhürünü vurmaqdadır.

Danimarka

Danimarka ən yüksək gəlir vergisi tutan ölkələrin siyahısında 4-cü yeri tutur, bu göstərici 44% təşkil edir. Danimarkada yüksək vergilər və əhalinin inanılmaz optimizmi möcüzəvi bir ahəng təşkil edir: yüksək vergi mükəlləfiyyəti nəinki əhalinin narazılığına səbəb olmur, eyni zamanda danimarkalılar özlərini dünyanın ən xoşbəxt milləti hesab edirlər. Bu ölkədə adambaşına düşən ÜDM $37 min avro təşkil edir, bu isə çox da böyük olmayan bu ölkəyə ümumdünya reytinqində fəxri 16-ci yeri tutmağa icazə verir.

İtaliya

Orta statistik italyan zəhmətkeşi 43%-lik gəlir vergisi ödəmək məcburiyyətindədir. Bununla yanaşı İtaliyada əhali üzrə adambaşında düşən ÜDM miqdarı yuxarıda baxdığımız bütün ölkələr ilə müqayisədə daha azdır və cəmi $30,6 min (dünya üzrə 27-ci yer) təşkil edir. Digər iqtisadi göstəricilər də heç də yaxşı tərəfdən fərqlənmir. İtaliyanın dövlət borcu illik ÜDM-i üstələyir.

Fransa

Bu ölkədə orta statistik əməkhaqqına görə ödənilən gəlir vergisinin maksimum həddi 40% təşkil edir (əhalinin yüksək gəlirli təbəqəsi isə demək olar ki, 50% vergi ödəyir). Uzun müddət ərzində Fransa sosial öhdəliklər naminə öz iqtisadi artımını qurban verməli olmuşdur. Baxmayaraq ki, fransızlar dünyanın həcminə görə beşinci ən böyük iqtisadiyyatına malikdir, orta illik ÜDM (alıcılıq qabiliyyəti paritetinə görə) cəmi $31,5 min təşkil edir, bu isə onların dünya siyahısında 23-cü yerə sahib çıxması ilə nəticələnir.

Ən aşağı vergiləri olan ölkələr

İsveçrə

Əməkdaşların orta gəlirlərinə tətbiq edilən gəlir vergisinin son həddi 20% təşkil edir. Əhali üzrə adambaşına düşən ÜDM göstəricisinə görə İsveçrə şərəfli yeddinci ($43,2 min) yeri tutur. Ölkə rəhbərliyi aşağı vergi siyasətindən istifadə edərək bütün dünya varlıların İsveçrəyə investisiya etməyə dəvət edir. İsveçrə aşağı vergi yükü ilə yaxşı iqtisadi göstəricilər bir arada sığışdıra bilən nadir ölkələr sırasındadır.

ABŞ

Birləşmiş Ştatlar hələ də ən aşağı vergi yükü (əməkdaşların orta əməkhaqqılarına tətbiq edilən gəlir vergisinin son həddi 27% təşkil edir) olan ölkələr kateqoriyasına daxildir. Ölkə dünyada ən böyük iqtisadiyyata malik olması ilə öyünə bilər. Bu iqtisadiyyat öz yaşama qabiliyyətini dəfələrlə sübut etmişdir. ABŞ əhali üzrə adambaşına düşən ÜDM miqdarına görə ($47,7 min) 6-cı yeri tutur və o, dünya ticarətinin episentri hesab edilir. ABŞ həmçinin insanın bir saatlıq zəhmətinə görə ən yüksək əməkhaqqının verildiyi ölkədir. Həmçinin bu ölkə, orda işləməyə gələn immiqrantların nəhəng ordusu ilə seçilir -38 milyondan artıq insan iş üçün məhz ABŞ-a üz tutub.

Avstraliya

Sözü gedən vergi mükəlləfiyyəti ABŞ-da cəmi 31,5% təşkil edir, hər adam başına düşən ÜDM miqdarı $36,9 min olmaqla, ölkə dünya üzrə 17-ci yeri tutur. Avstraliyanın hazırkı durumu dünyanın digər inkişaf etmiş iqtisadiyyatlarından daha qənaətbəxşdir. Ölkədə işsizlik səviyyəsi 5,5% təşkil edir.

Kanada

Kanadadakı vergi qoyuluşu struktur baxımından ABŞ-dakına bənzəyir, amma orta işçi gəlirinə tətbiq edilən verginin son miqdarı nisbətən yuxarıdır 31,2%. 2010-cu ildə bu ölkədə işsizlik 8,5% təşkil edib. Kanada adambaşına düşən ÜDM ($39,1 min) miqdarına görə 13-cü yeri tutur. Ölkənin səhiyyə və eləcədə sosial dəstək sistemi olduqca inkişaf etmiş və bahalıdır, müəyyən iqtisadi problemlərlə üzləşən Kanada iki seçim qarşısında qalır: ya bu xərcləri azaltmaq, ya da vergi mükəlləfiyyətini artırmaq.

Yaponiya

Yaponiya dünyanın ən güclü iqtisadiyyatlarından biri olsa da, adambaşına düşən orta ÜDM miqdarı cəmi $31,4 min (24-cü yer) təşkil edir. Yaponiyanın dövlət borcu illik ÜDM-in 78%-ni təşkil edir, buna rəğmən orta gəlir üzərinə son vergi həddi 33% təşkil edir.

Böyük Britaniya

Birləşmiş Krallıqdan nəzərdən keçirdiyimiz vergi dərəcəsi 33%-dir, bu isə onu Qərbi Avropa ölkələri sırasında nisbətən daha aşağı vergi mükəlləfiyyətinə görə seçilməsinə səbəb olur. Böyük Britaniya adambaşına düşən ÜDM miqdarına görə ($36,4 min) 19-cu yeri tutur və dünyada həcminə görə 6-ci iqtisadiyyata malikdir. Ölkədə işsizlik səviyyəsi kifayət qədər yüksəkdir -7,8%, eyni zamanda o, ABŞ-da olduğundan xeyli aşağıdır. Böyük Britaniya iqtisadiyyatı heç də özünün ən parlaq dönəmini yaşamır. Lakin olimpiya oyunlarının Londonda keçirilməsi ölkə iqtisadiyyatını nisbətən canlandıra bilib. Lakin öz valyutası olan Dumanlı Albionun özünü təcrid siyasəti Böyük Britaniyaya lazımı anda çevik monetar siyasət həyata keçirməyə imkan verir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər