6 C
Baku
Sunday, December 15, 2024

Əqrəb və tısbağa

Gözlənilməz sonluqları olan müdrik misallar və hekəyələr insanlara daha dərin təsir edirlər, nəinki sadəcə ağıllı fikirlər və sitatlar.

Buna görə biz sizə bu məqalədə biznes hekayələrindən birini təqdim edirik.

Bu hekayənin amansız süjeti və ondan alacağınız dərs sizə biznes həyatınızda, iş problemlərinizin həllində, çətinlikləri dəff etməkdə kömək olacaq.

Günlərin bir günü əqrəb tısbağadan xahiş edir ki, o, onu çaydan keçirsin. Tısbağa imtina edir, lakin əqrəb onu yola gətirə bilir.

– Yaxşı, – deyə tısbağa razılaşır, – amma söz ver ki, sən məni sancmayacaqsan.

Əqrəb tısbağanı sancmayacağına söz verir. Onda tısbağa əqrəbi öz belinə qoyur və çaydan keçirir.Əqrəb bütün yol boyu sakit dayanmışdı, lakin çayı keçib sahilə çatan kimi tısbağana sancır.

– Heç utanırsan, əqrəb? Axı sən mənə söz vermişdin ki, məni sancmayacaqsan!- deyə tısbağa qışqırır.

– Nə olsun? – deyə əqrəb soyuqqanlılıqla deyir.- Bəs sən mənim xasiyyətimi bildiyin halda nəyə görə məni çaydan keçirməyə razı oldun?

– Mən hər zaman hamıya kömək etməyə çalışıram, – dey tısbağa cavab verir.

– Sənin təbiətin elədir ki, hamıya kömək edirsən, mənim isə təbiətim elədir ki, hamını sancıram. Mən hər zaman etdiyimi etdim, səni sancdım!

Bu hadisədən belə bir dərs ala bilərik: vicdansız isanlarla dostluq etsək onların bizə xəyanət edəcəklərinə də hazır olmalıyıq. Onların təbiəti belədir.

Əgər bir insandan şübhələnirsinzsə, ondan uzaq durun. Həmin insanı nə öz həyatınıza, nə də biznesinizə buraxmayınız.

Son xəbərlər
Digər xəbərlər