27 C
Baku
Wednesday, June 26, 2024

Əqrəblər bir saat irəli çəkiləcək

Mart ayının 28-dən 29-a keçən gecə Azərbaycan yay vaxtına keçəcək. Bu barədə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat katibi Fazil Talıblı bildirib. Onun sözlərinə görə, həmin gecə saatın əqrəbləri bir saat irəli çəkiləcək.

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 mart 1997-ci ildə qəbul edilmiş “Azərbaycanda yay vaxtına keçid barədə” qərarına əsasən, hər il mart ayının sonuncu bazar axşamı yay vaxtına keçilir”, – o əlavə edib.

BizimYol

Son xəbərlər
 ⁠
Digər xəbərlər