22 C
Baku
Saturday, June 29, 2024

Ərəb Əmirliklərinə 5 illik turist vizalarının verilməsi elan edildi

Ərəb Əmirliklərinə 5 illik turist vizalarının verilməsi elan edildi.

Banker.az xəbər verir ki, bu barədə “Twitter” də ölkənin baş naziri Məhəmməd bin Rəşid Əl Maktum məlumat verib.

Baş nazirin qeyd etdiyi kimi, beş illik turist vizalaları bütün ölkələrin vətəndaşlarına veriləcək. Xatırladaq ki, hər il BƏƏ 21 milyon turist qəbul edir və dünyanın əsas turizm məkanı olmağı planlaşdırır.

2019-cu ilin mart ayında BƏƏ hökuməti, xarici vətəndaşların müəyyən kateqoriyalarına beş və on illik turist vizalarının verilməsinə icazə vermişdir. Bu cür vizalar üçün investorlar, biznesmenlər, elm adamları, yüksək ixtisaslı mütəxəssislər və istedadlı tələbələr müraciət edə bilərlər.

Son xəbərlər
Digər xəbərlər