Rusiya-Ukrayna münaqişəsi qlobal iqtisadiyyata böyük təsir göstərərək yüksək inflyasiya səviyyəsinə, neft və yanacağın qiymətinin rekord dərəcədə artmasına səbəb olub.
“Global Petrol Prices” saytının məlumatına görə, bu il martın 21-dən iyunun 21-dək dünyada benzinin orta qiyməti 1,44 dollar təşkil edib.
Ərəb ölkələri arasında benzinin ən baha satıldığı ölkə Mərakeşdir, burada benzinin bir litri 1,68 dollara satılır. İkinci yeri İordaniya – 1 litr üçün 1,66 dollar, üçüncü yeri isə 1,42 dollarla Livan tutur.
Ərəb dünyasında ən ucuz benzinin qiyməti Liviyadadır – litri 0,03 dollar.