12 C
Baku
Friday, March 29, 2024

Ərəb koalisiyası Yəmənin paytaxtına zərbələr endirib, ölənlər var

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyası Yəmənin paytaxtı Sana şəhərinə hava zərbələri endirib.

“Əl-Məsirə” telekanalı xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) zərbələr endirmək üçün istifadə edilən iki ballistik raket buraxılış qurğusu F-15 qırıcı bombardmançılar tərəfindən məhv edilib.

Hava zərbəsi nəticəsində 4 nəfərin həlak olduğu, 5 nəfərin isə yaralandığı bildirilir.

Xatırladaq ki, ötən gün Yəməndəki husilər BƏƏ ərazisinə raketlər və dronlarla hücum ediblər. Hücumlar sırasında 3 nəfər ölüb, 6 nəfər isə xəsarət alıb.

MənbəAzərtac
Son xəbərlər
Digər xəbərlər