Ərəb milyonerlərinin övladlarının sosial şəbəkədə bir-birindən maraqlı şəkilləri yayılıb.
Pullarını balta kəsməyən ərəb ailələrinin övladları sosial şəbəkə izləyicilərini heyrətə salıb.
Belə ki, onlar lüks avtomobilləri ilə və saxladıqları vəhşi heyvanlarla çəkdirdikləri şəkilləri paylaşaraq məşhurlaşıblar.
Şir, bəbir və pələng kimi vəhşi pişikləri saxlayan, hətta onları həyatlarının bir hissəsi kimi görən ərəblər bütün dünyanı təəccübləndirir.
Onlardan biri avtomobilini 55 min qızıl sikkə ilə bəzətdirib. Onların fikrincə, lüks avtomobillərini qızıl sikkələrlə bəzəmək zənginlik əlamətini göstərir.
Ərəblərin bir başqa hobbisi isə qum üzərində sörf etməkdir. Onlar səhralıq ölkədə həyatın ləzzətini qum üzərində sörf edərək çıxardır.