Birləşmiş Ərəb Əmirliklərinin Atom Enerjisi Korporasiyası (ENEC) “Bərəkə” AES-in 3-cü blokunun ölkənin elektrik şəbəkəsinə qoşulduğunu bildirib.
Bu, ölkəyə elektrik enerjisi istehsalında istifadə edilən 4 milyard dollarlıq təbii qazı ixraca yönəltməyə imkan verəcək.
Bildirilib ki, “Bərəkə” AES cəmi 4 blokdan ibarətdir və 3-cü blok milli şəbəkəyə daha 1400 meqavat sıfır karbon emissiyalı elektrik enerjisi gücü əlavə edəcək. Artıq hər üç blok kommersiya fəaliyyətindədir və ekoloji cəhətdən təmiz elektrik enerjisi istehsal edir.