Bloomberg agentliyinin verdiyi məlumata görə, Səudiyyə Ərəbistanı şahzadəsi Al-Valid ibn Talal ibn Abdel Aziz as-Saud ölümündən sonra özünün sahib olduğu bütün sərvəti xeyriyyə fonduna bəxş etmək qərarına gəlib.
Şahzadə təşkil edilmiş xüsusi mətbuat konfransında bildirmişdir ki, artıq gələcək illərdən başlayaraq sərvətini öz ailəsinə məxsus olan Alwaleed Philanthropic Foundation xeyriyyə fonduna köçürməyə başlayacaq. Ailə üzvləri onun bu qərarını anlayışla qarşılamış və ailə rəhbərini dəstəkləmişlər.
Beləliklə də, o Bill Gates və Warren Buffet-in başlatdığı xeyriyyə aksiyasını davam etdirəcək.