1 C
Baku
Saturday, December 14, 2024

Ərəb turistləri Bakıda hansı ölkələrdən gələnlər əvəzləyəcəklər?

Bu ilin yay mövsümündə Azərbaycanda turistlərin sayında xeyli artım görünür.

Bəs turizm potensialının bərpa olduğu bu ildə ölkəmizə daha çox hansı ölkənin vətəndaşları üz tutur?

Mövzu ilə bağlı İTV-yə danışan Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadə bu ilin altı ayında 640 min xarici vətəndaşın ölkəyə səfər etdiyini deyib:

“Ötən illə müqayisədə bu göstərici 127 faiz çoxdur. Ümumiyyətlə, 2022-ci il turizmin bərpa ili kimi hesab edilir”.

K.Quluzadə pandemiya dövründə strategiyalarını dəyişdiklərini və satışdan çox təbliğatla məşğul olduqlarını qeyd edib.

Daha sonra K.Quluzadə bu il turistlərin cəlb olunması üçün təbliğatın aparıldığı ölkələrin adlarını sadalayıb.

“Bu ilin yay mövsümü üçün İsrail, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Hindistan və Pakistanda marketinq işləri aparılıb. Pandemiyanın nəticələrini və geosiyasi dəyişiklikləri nəzərə alaraq coğrafiyanı genişləndirmək qərarına gəldik. Bu il Azərbaycana gələn turistlər arasında ən çox Rusiya, İran və Türkiyə vətəndaşlarıdır. Bu ilin yeniliyi isə Səudiyyə Ərəbistanıdır. Bu da marketinq işlərinin nəticəsidir”.

MənbəOxu.az
Son xəbərlər
Digər xəbərlər