21 C
Baku
Friday, April 26, 2024

Ərəblər özlərinin ən nəhəng neft şirkətini satır

Səudiyyə Ərəbistanı şahzadəsinin müavini, müdafiə naziri Muhammed ben Salman bildirib ki, 2018-ci ildə Səudiyyə Ərəbistanı dövlət neft şirkətinin 5%-ni xarici bazarlara yerləşdirəcək.

Banker.az saytının verdiyi məlumata görə, “Saudi Aramco şirkətinin 5%-nin satılması haqqında plan 2018-ci ildə həyata keçiriləcək” deyə şahzadə müavini qeyd edib.
Onun sözlərinə görə, ölkənin nəhəng neft şirkətinin bir hissəsinin satılmasından əldə edilən gəlir digər investisiya imkanları yaratmağa imkan verəcək.

“Səhmlərin satışının bir hissəsindən əldə edilən gəlir iqtisadiyyatın inkişafına və əlavə iş yerlərinin yaradılmasına sərf ediləcək” deyə nazir bildirib.

Bununla belə, Muhammed ben Salman onu da qeyd edib ki, şirkətin səhmləri etibarlı əllərə satıldıqdan sonra belə, Səudiyyə Ərəbistanı rəhbərliyi şirkətin neft hasilatı həcminə nəzarət edəcək.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının milli neft şirkəti olan Saudi Aramco 1933-cü ildə təsis edilib. Şirkət demək olar ki, ölkənin bütün neft hasil edən güclərə nəzarət edir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər