OPEC+ sazişində iştirak edən ölkələrin iyun ayında keçirilən işgüzar görüşünün nəticələrindən sonra Səudiyyə Ərəbistanı gözlənilmədən sürpriz edib və iyulda gündəlik neft hasilatının həcmini 1 milyon barel azaltmaq niyyətində olduğunu bildirib.
Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Söhbət 10 faiz, yəni gündə 9 milyon barelə qədər azalmadan gedir ki, bu da ilin əvvəli ilə müqayisədə bir milyon yarım azdır.
Səudiyyə Ərəbistanı iyun ayında azalma barədə danışıb. Ölkənin energetika naziri Şahzadə Əbdüləziz bin Salman “bazarda sabitliyi bərpa etmək üçün mümkün olan hər şeyi etməyə” hazır olduğunu bildirib. Bu isə o deməkdir ki, neftin qiyməti qalxmasa, azalma sonrakı aylara da uzadıla bilər.