14 C
Baku
Sunday, November 24, 2024

Ər-Riyad: “OPEC”in qərarları siyasi xarakter daşımır

Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan Al Səud “OPEC+”un qərarlarının siyasi deyil, sadəcə iqtisadi olduğunu deyib.

Banker.az xəbər verir ki, Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində nazir belə deyib:

” “OPEC+”un qərarlarının siyasi aspekti yoxdur və biz onlara siyasi prizmadan baxmırıq. Qərarlar sırf iqtisadi xarakter daşıyır, Vaşinqtonla münasibətlər strateji xarakter daşıyır, regionun sabitliyini və təhlükəsizliyini dəstəkləyir. Ər-Riyad və Vaşinqton arasındakı münasibətlər iki ölkənin maraqlarına və regionun sabitliyinə töhfə verir. ABŞ ilə münasibətlərimiz yarandığı gündən institusional xarakter daşıyır”.

Qeyd edək ki, “OPEC+”un energetika və neft nazirləri oktyabrın 5-də Avstriyanın paytaxtı Vyanada keçirilən toplantıda noyabr ayından etibarən gündəlik neft hasilatının 2 milyon barel azaldılması barədə qərar qəbul ediblər. Qərarın ardınca Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə direktoru Con Kirbi ABŞ prezidenti Co Baydenin Səudiyyə Ərəbistanı ilə əlaqələri yenidən nəzərdən keçirdiyinə dair açıqlama vermişdi.

Son xəbərlər
Digər xəbərlər