6 C
Baku
Sunday, December 15, 2024

Ər-Riyad qiymət tavanı təyin edən ölkələrə neft satmayacaq

Səudiyyə Ərəbistanı qiymətləri məhdudlaşdıran ölkələrə neft satmaqdan imtina edib və hasilatı azalda bilər. “Əgər neftimizin ixracına qiymət tavanı təyin edilsə, bunu dəstəkləyən heç bir ölkəyə neft satmayacağıq”, – deyə Səudiyyə Ərəbistanının energetika naziri Əbdüləziz bin Salman Əl Səud bildirib.

Banker.az bu barədə Vesti.ru-ya istinadən xəbər verir.

Energetika Nazirliyinin rəhbərinin sözlərinə görə, Səudiyyə Ərəbistanı neft hasilatını azalda bilər. Eyni zamanda o, digər dövlətlərin də bunu edəcəyini istisna etməyib və qanunun qəbulunun bazarda qeyri-sabitliyi və volatilliyi daha da artıracağını, sənayeyə mənfi təsir göstərəcəyini vurğulayıb.

Daha əvvəl G7 ölkələri Rusiya neftinin qiymət tavanına yenidən baxmaq planlarını açıqlamışdı. Qeyd edək ki, Rusiyadan neft tədarükünə qarşı sanksiyalar fevralın 5-dən qüvvəyə minib. Eyni zamanda, 2022-ci ilin sonunda Rusiya Prezidenti Vladimir Putin müqavilələrdə ABŞ və digər qeyri-dost dövlətlər tərəfindən tətbiq edilən qiymət tavanından danışılarsa, Rusiya neftinin və neft məhsullarının xarici qurumlara tədarükünü qadağan edib.

Son xəbərlər
Digər xəbərlər