21 C
Baku
Tuesday, October 8, 2024

“Ərazi bütövlüyünü bərpa etmək Azərbaycanın haqqıdır” – Ruhani

Ərazi bütövlüyünü bərpa etmək Azərbaycan Respublikasının haqqıdır.
“İRNA”ya istinadən xəbər verilir ki, bunu İran Prezidenti Həsən Ruhani Nazirlər Kabinetinin iclasında deyib.

Ruhani əlavə edib ki, İran Xarici İşlər Nazirliyi münaqişəyə son qoyulması, sülh əldə edilməsi üçün çox yaxşı bir plan hazırlayıb və tərəflərə təqdim edib.

Xatırladaq ki, daha əvvəl İran Prezidentinin xüsusi nümayəndəsi, XİN rəhbərinin müavini Abbas Əraqçi Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan, Ermənistan, Türkiyə və Rusiyaya səfər edib. O, səfər zamanı İranın sülh planını təqdim edib.

Son xəbərlər
Digər xəbərlər