12 C
Baku
Tuesday, November 19, 2024

Ərdoğan əmindir ki, növbəti prezident seçkilərində qalib gələcək

Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan gələn il Türkiyədə keçiriləcək prezident seçkilərində qələbə qazanacağına əminliyini ifadə edib.

Bu barədə Türkiyə prezidenti BBC telekompaniyasına müsahibəsində deyib.

“Seçkilərin nəticələri bizi narahat etmir. Heç kim bizi əvəz edə bilməz, çünki alternativimiz yoxdur”, – deyə Rəcəb Tayyib Ərdoğan bildirib.

Avqust ayında Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ ölkədə prezident seçkilərinin 2023-cü il iyunun 18-də keçiriləcəyini açıqlayıb. Türkiyədə yerli qanunlara əsasən prezident və parlament seçkiləri eyni gündə keçirilir. Hakim “Xalq” Alyansı onların vahid namizədinin hazırkı prezident Rəcəb Tayyib Ərdoğan olacağını elan edib. Altı partiyanın bloku ilə təmsil olunan müxalifət isə hələlik öz namizədini müəyyən edə bilməyib.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər