8 C
Baku
Monday, November 18, 2024

Ərdoğan 10 dövlətin səfirinin Türkiyədən çıxarılması qərarını ləğv edib

Rəcəb Tayyib Ərdoğan Avropa səfirliklərinin Türkiyənin daxili işlərinə qarışmamaq barədə bəyanatından sonra 10 səfirin “persona non qrata” elan edilməsi ilə bağlı yaranan diplomatik böhranın aradan qaldırıldığını bildirib.

Xatırladaq ki, bazar ertəsi günü ABŞ səfirliyi və digər səfirliklər Vyana Konvensiyasına uyğun olaraq səfirlərin digər ölkələrin daxili işlərinə qarışmamasına sadiq olduqlarını bəyan ediblər.

Banker.az xəbər verir ki, Türkiyə Prezidenti Nazirlər Kabinetinin iclasından sonra bəyanatla çıxış edib və diplomatik münasibətlər haqqında Vyana Konvensiyasının sözügedən maddəsinə vurğu edib. Sənəd diplomatlara qəbul edən dövlətin daxili işlərinə qarışmamağı, onun qanun və qaydalarına hörmət etməyi nəzərdə tutur.

Prezident Administrasiyasının ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Fəxrəddin Altun qanun pozuntularının bir daha təkrar olunduğu təqdirdə əlavə tədbirlər görüləcəyi barədə məlumat verib. “Bizim XİN artıq lazımi addımlarını atıb və qəbuledilməz davranışlarla bağlı xəbərdarlıq edib. Hökumətimiz milli suverenliyimizi heç vaxt güzəştə getməyəcəyini göstərmək üçün növbəti addımlardan çəkinməyəcək”, – deyə Fəxrəddin Altun “Twitter”də yazıb.

Bundan əvvəl on dövlətin səfiri türk hüquq müdafiəçisi Osman Kavalanı azad etməyə çağırıb. İstanbul prokurorluğu onu 2016-cı ilin iyulundan Türkiyədə dövlət çevrilişinə cəhddə ittiham edib. Hal-hazırda Osman Kavala həbsdədir.

Son xəbərlər
Digər xəbərlər