10 C
Baku
Thursday, December 12, 2024

Ərdoğan 10 ölkənin səfirlərini Türkiyədən qovmaqla hədələyib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan insan haqları müdafiəçisi Osman Kavalının azad edilməsinin lehinə olan 10 ölkənin səfirlərini ölkədən çıxarmağa çağırdı.

Banker.az xəbər verir ki, hüquq müdafiəçisi Osman Kavala etnik və dini azlıqların layihələrinə dəstək verib. O, Türkiyə ilə Ermənistan arasında barışıq məsələsi ilə də məşğul olub. İstanbul prokurorluğu onu 2016-cı ilin iyulunda Türkiyədə çevriliş cəhdində iştirak etməkdə günahlandırır. Kanada, Fransa, Finlandiya, Danimarka, Almaniya, Hollandiya, Yeni Zelandiya, Norveç, İsveç və ABŞ səfirlikləri hüquq müdafiəçisini azadlığa buraxmağa çağırıb.

“Niyə bu səfirlər belə bəyanatlar verir? Türkiyəyə dərs vermək sizin işinizdirmi? Siz kimsiniz? Qatilləri, terrorçuları və quldurları öz ölkələrinizdə saxlayırsınız? Onlar bu suala belə cavab verirlər: “Məhkəmə müstəqildir”. Yəni sizin məhkəmə müstəqildir, bizim məhkəmə isə müstəqil deyil? Bizim məhkəməmiz müstəqilliyin ən gözəl nümunəsidir”.

Son xəbərlər
Digər xəbərlər