Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident Kompleksində Zəfər Gününə həsr olunmuş təntənəli konsertdə iştirak edib.
Konsertdən əvvəl çıxış edən Türkiyə dövlət başçısı F-35 döyüş təyyarələrinin tədarükü məsələsinə toxunub:
“Amerika Yunanıstana bizə vermədikləri F-35-ləri təklif etməklə Rusiyanın hava hücumundan müdafiəsinin bu təyyarələrlə eyni sistemdə olmasına yol açdı. Ankaranı ona (ABŞ – Red) F-35 verib-verməməsi narahat etmir. Bizə verilməyən istənilən məhsulu istehsal etməyə qadirik”-deyə, o bildirib.