21 C
Baku
Saturday, May 4, 2024

Ərdoğan Adıyamana gedib – Yenilənib

15:43

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Adıyaman şəhərinin Gölbaşı rayonunda zəlzələdən zərərçəkənlərə baş çəkib.

Bu barədə “TRT Haber” məlumat yayıb.

Bildirilib ki, Türkiyə Prezidenti zəlzələdən zərərçəkənlər üçün salınmış konteyner düşərgəyə baş çəkib.


14:27

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı görülən işləri nəzərdən keçirmək məqsədilə Adıyamana səfər edib.

Bu barədə “TRTHaber” məlumat yayıb.

Bildirilib ki, səfərdə onu Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Bahçeli müşayiət edir.

Qeyd olunub ki, Ərdoğan Adıyamanın Gölbaşı rayonunda zəlzələdən zərərçəkənlərlə görüşəcək.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər