Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın administrasiyası Türkiyə liderinin Romada ABŞ Prezidenti Cozef Baydenlə baş tutan görüşünü müsbət adlandırıb.
Bu barədə administrasiyasını tviter səhifəsində qeyd olunub.
Bildirilib ki, müsbət atmosferdə keçən danışıqlarda ikitərəfli münasibətlər və regional mövzular müzakirə edilib.
“Lliderlər ikitərəfli münasibətləri daha da gücləndirmək və inkişaf etdirmək üçün birgə mexanizm yaratmaq barədə razılığa gəliblər. Danışıqlar zamanı tərəflər iki ölkə arasında ticarət dövriyyəsinin artırılması istiqamətində atılacaq addımları müzakirə ediblər. NATO müttəfiqliyinin və strateji tərəfdaşlığın əhəmiyyəti qeyd edilib. Tərəflər iqlim dəyişikliyi ilə mübarizə kontekstində atılan qarşılıqlı addımlardan məmnunluq ifadə ediblər”, – məlumatda deyilir.
Report