10 C
Baku
Wednesday, December 11, 2024

Ərdoğan Aİ-yə müraciət etdi: “Türkiyə üçün də eyni həssaslığı göstərin”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa Birliyinə müraciət edib.

Dövlət başçısı Ukraynanın AB-yə daxil olması üçün göstərilən səyləri təqdir etdiyini bildirib.

“Bəs niyə hələ də Türkiyəni Aİ-yə qəbul etməkdə tərəddüd edirsiniz? Eyni həssaslığı Türkiyə üçün də göstərin”, – deyə Ərdoğan tanınmamış Kosovo respublikasının prezidenti Vyosa Osmani ilə birgə mətbuat konfransı zamanı bəyan edib.

O, Aİ rəsmilərini qeyri-səmimilikdə günahlandırıb.

“Yoxsa kimsə müharibə elan edib Türkiyəyə hücum edəndə ölkəmizin üzvlük məsələsini gündəmə gətirəcəksiniz? Onlar səmimi deyillər. NATO üzvləri və Aİ üzvləri sadəcə boş sözlər danışırlar. Türkiyə onları gözləmir. Türkiyə hər zaman mövqeyini qoruyan bir ölkədir”, – Türkiyə prezidenti vurğulayıb.

 

 

Son xəbərlər
Digər xəbərlər