7 C
Baku
Thursday, December 12, 2024

Ərdoğan Avropa ölkələrinə xəbərdarlıq edib: “Bizə qarşı ikiüzlü siyasət həyata keçirilib”

“Türkiyənin mübarizə apardığı terror təşkilatlarına yardım edən Avropa ilə ortaq gələcək qura bilmərik”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TRT Vorld forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Avropa İttifaqına üzvlük məsələsində rəsmi Ankaraya qarşı ikiüzlü siyasət həyata keçirilib.

“Halbuki biz İkinci Dünya müharibəsindən sonra Avropa ilə əməkdaşlığı seçmişik. Avropanın təhlükəsizliyi və rifahına verdiyimiz dəstəyi kimsə inkar edə bilməz. Bizim fədakarlığımıza rəğmən, terrorla mübarizədə Avropanın bizi tək qoyduğunu əsla unutmayacağıq”, – Türkiyə lideri vurğulayıb.

Mənbəreport.az
Son xəbərlər
Digər xəbərlər