2 C
Baku
Sunday, December 15, 2024

Ərdoğan Azərbaycanla Türkiyə arasında imzalanmış sazişi təsdiqləyib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanla Türkiyə arasında mədənçilik sahəsində əməkdaşlıq haqqında sazişi təsdiqləyib.

Məlumatı “Resmi Gazeta” yayıb.

Sənəd 2021-ci il dekabrın 22-də Bakı şəhərində imzalanıb. Saziş 12 maddədən ibarətdir.

Sənədi Türkiyə hökuməti adından həmin dövrdə energetika və təbii sərvətlər naziri olan Fatih Dönməz, Azərbaycan hökuməti adından isə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev imzalayıb.

Saziş mədənçilik sahəsində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər