“İsraillə də normallaşma prosesi bu yaxınlarda başlayıb və səfirlərin təyin olunmasına qərar verilib. Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və nəhayət İsrail”.
Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna səfərindən qayıdarkən jurnalistlərə müsahibəsində deyib.
Türkiyə lideri İsraillə münasibətlərin daha çox siyasətyönümlü olduğunu bildirib:
“Yəni siyasət bunu tələb edir. Onun üçün siyasətdə inciklik yoxdur. Həmişə sülh içində olmaq lazımdır. İstənilən vaxt danışa bilmək imkanı olmalıdır”.
Suriya ilə bağlı mövzuya da toxunan Ərdoğan qeyd edib:
“Suriya ilə bağlı əlavə addımlar atmalıyıq. Bu addımları atmaqla bütün regionda, islam dünyasının qonşularımızla olan bu bölgəsində, inşallah, bir çox oyunları biz pozacağıq”.