“Bizi parlaq gələcək gözləyir. Böyük və qüdrətli Türkiyənin quruculuğunda qət etdiyimiz hər məsafə atılan bir addımdır. Yetər ki, birliyimizə, həmrəyliyimizə, qardaşlığımıza xələl gətirməyək. Biz birlikdə görəcəyik ki, 2053-cü il planı ritorika deyil, sürətlə yaxınlaşdığımız reallıqdır. Arzularımız və məqsədlərimiz millətimizin təhlükəsizliyi, əmin-amanlığı və firavan gələcəyi üçündür. Biz bu rəqəmləri təsadüfi seçmirik və sözdə buraxmırıq. Gələcək nəsillərə buraxacağımız 2053-cü il niyyətimizi konkret hədəflərə çevirəcək hazırlıqları diqqətlə həyata keçiririk”.
Banker.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu prezident Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib.
Qeyd edək ki, 2053 İstanbulun fəthinin 600-cü ilində Türkiyənin hədəflərini ehtiva edir.