Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bosniya və Herseqovinada rəsmi səfərdədir.
Səfər Balkan ölkələrinə ziyarət çərçivəsində baş tutub.
Türkiyə lideri növbəti günlərdə Serbiya və Xorvatiyaya da gedəcək.
Ərdoğan səfər çərçivəsində keçirəcəyi görüşlərdə ikitərəfli əlaqələri, regional sülh, sabitlik və ticarət dövriyyəsinin artırılması ilə bağlı məsələləri müzakirə edəcək.
Eyni zamanda bir sıra müqavilələrin imzalanması nəzərdə tutulub.
Səfərdə Ərdoğanı geniştərkibli nümayəndə heyəti müşayiət edir.
Balkan ölkələrinə səfər sentyabrın 8-dək davam edəcək.