9 C
Baku
Sunday, November 17, 2024

Ərdoğan bu gün iclas keçirəcək – Gündəmdə Rusiya ilə razılaşmalar, birja, sanksiyalar və “Mir” var

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün İstanbulda iqtisadiyyat gündəminə dair iclas keçirməyi planlaşdırır.

Banker.az bu barədə Reuters-ə istinadən xəbər verir.

Reuters-ə məlumat verən iki mənbə bildirib ki, iclasda Rusiya ilə razılaşmalar, ümumi iqtisadi vəziyyət, birja, sanksiyalar və “Mir” məsələləri gündəmə gələcək.

Mövcud siyasətlərdə; xalis ixrac, məşğulluq və investisiya yönümlü kreditlərə üstünlük verilərkən, bunun daimi cari əməliyyatlar balansı profisiti ilə nəticələnəcəyi və bu balansın inflyasiyanın daimi azalmasına səbəb olacağı proqnozlaşdırılır. Bu sahəyə daxil olmayan kreditlərə əlavə istiqraz saxlama öhdəliyi qoyan son addımlarla məzənnədən sonra kredit və istiqraz bazarlarındakı ictimai nəzarət də xeyli artıb.

İnflyasiya 80%-dən yuxarı qalxsa da, TL-nin ucuzlaşması yavaş da olsa davam edir. Bunun fonunda bazarlar bu gün baş tutacaq iclası və mümkün nəticələri yaxından izləyəcək.

 

 

Son xəbərlər
Digər xəbərlər