24 C
Baku
Thursday, September 19, 2024

Ərdoğan bu gün Zelenskiyə Putinlə görüşməyi təklif edəcək

Lvova səfərə yola düşən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna prezidenti Vladimir Zelenski görüşərkən ona Rusiyanın dövlət başçısı Vladimir Putinlə danışıq aparmağı təklif edəcək.

Bu haqda CNN Türk öz mənbələrinə istinadən xəbər yayıb.

“Gözlənilir ki, Ərdoğan Zelenskiyə Putinlə görüşməyi təklif edəcək”, – telekanalın Lvovda olan müxbiri bildirib.

Qeyd olunub ki, Putin və Zelenski Ukrayna ilə bağlı “yol xəritəsi”ni müəyyən etmək üçün görüşə bilərlər.

“Zelenski dörd dəfə Rusiya prezidenti Putinə ikitərəfli sammit təklif edib. Amma Kiyevin təklifi həmişə Moskva tərəfindən “Liderlərin qərar verəcəyi konkret məsələ yoxdur” cavabı ilə rədd edilib. Lakin artıq Rusiyanın sərt mövqeyini yumşaltmağa başladığı müşahidə olunur. Aldığımız xəbərə görə, Rusiya prezidenti Vladimir Putin Vladimir Zelenski ilə görüşə bilər. Rusiya tərəfi bildirib ki, liderlər “yol xəritə”sini müzakirə edib müəyyənləşdirə bilərlər. Nümayəndə heyətləri bundan sonra “yol xəritəsi”ni həyata keçirmək üçün işə başlaya bilər”.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Ukraynaya gedib. Ərdoğan Lvov şəhərində BMT Baş katibi Antonio Quttereş və ukraynalı həmkarı Vladimir Zelenski ilə ikitərəfli və üçtərəfli görüşlər keçirəcək. Liderlərin Ukraynadakı son durumu, o cümlədən taxıl ixracı prosesini müzakirə edəcəkləri gözlənilir.

MənbəModern.az
Son xəbərlər
Digər xəbərlər