Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Gənclər və İdman Nazirliyinin (Gençlik ve Spor Bakanlığı – GSB) yeni yataqxanalar düşərgəsində 105 saylı yeni GSB yataqxana binasının rəsmi açılış mərasimində çıxış edib. Prezident çıxışında Azərbaycan-Ermənsitan sərhədindəki gərginliyə də toxunub.
Banker.az Türkiyə mətbuatına istinadən Ərdoğanın sərhəddəki toqquşmalarla bağlı çıxışının mətnini təqdim edir:
“Bütün dünya bilməlidir ki, biz azərbaycanlı qardaşlarımızın yanındayıq. Təbii ki, Qarabağ müharibəsindən sonra imzalanmış bəyannamə şərtlərini yerinə yetirməyən Ermənistan tərəfi üçün bu yanaşmasının nəticələri olacaq. Ümidimiz ondan ibarətdir ki, Ermənistan tez bir zamanda bu yanlış yoldan dönsün, bəyannamənin şərtlərini yerinə yetirsin, öz vaxtını və enerjisini sülhün möhkəmlənməsinə sərf etsin. Qardaşım Əliyevə başsağlığı verirəm”.