“F-16 qırıcılarının tədarükü üçün çalışırıq”.
Bunu iyulun 11-12-də Vilnüsdə keçirilən NATO sammitindən qayıdan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Türkiyə ilə ABŞ arasında strateji əlaqələr var: “Sammit çərçivəsində görüşümüz də çox məhsuldar oldu. 1 saatdan çox danışdıq. ABŞ Prezidenti Cozef Bayden F-16-ların tədarükünə müsbət yanaşır”.
Ərdoğanın sözlərinə görə, hazırda bu məsələ ilə bağlı xarici işlər və müdafiə nazirlikləri səviyyəsində təmaslar davam edir.