11 C
Baku
Monday, November 25, 2024

Ərdoğan deyir ki, Makron etibarını itirir

Fransa Prezidenti Emmanuel Makron ölkəsində, o cümlədən parlamentdə, Fransa özü isə Afrikada etibarını sürətlə itirir.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Ərdoğan qeyd edib ki, Makron Fransa parlamentində nüfuzdan düşüb: “O, sadəcə prezident vəzifəsində qalıb. Fransa daim etibarını itirir, beynəlxalq aləmdə də etibarını itirir”.

“Fransa hazırda Afrika ölkələrini istismar edir. Mali hazırda Fransadan tam ayrılmaq vəziyyətindədir. Burkina Faso bunun üçün Fransaya vaxt verdi. Bir aylıq icazə. “Bir ay sonra burada Fransa əsgərlərini görmək istəmirik”, – dedilər”, – Ərdoğan vurğulayıb.

Türkiyənin dövlət başçısı bildirib ki, Toqo da eyni addımı atacaq.

Ərdoğan vurğulayıb ki, Fransa lideri, habelə bir sıra ölkələrin rəsmiləri ilə çoxlu görüşləri olub. “Amma səmimi deyillər. Mən açıq deyirəm. İndi danışdığımız hər şey onlara çatacaq”, – Ərdoğan qeyd edib.

“Biz istəyirik ki, beynəlxalq siyasət dürüstlük üzərində qurulsun. Dürüstlük olmayan yerdə etibar yoxdur. Təbii ki, dünyada belə liderlər çoxdur”, – Türkiyə lideri vurğulayıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər