9 C
Baku
Friday, December 13, 2024

Ərdoğan Trampın göndərdiyi “axmaq olma” çağırış məktubunu onun özünə qaytardı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Trampın Suriyadakı əməliyyatın başlandığı gün göndərdiyi məktubu geri qaytarıb. Xatırladaq ki, həmin məktubda Donald Tramp türk həmkarını “axmaq olmamağa” çağırırdı.

Liderlərin noyabrın 13-ü baş tutduğu görüşdə məktub Trampa geri qaytarılıb.

Qeyd edək ki, daha əvvəl Ərdoğan administrasiyası Trampın göndərdiyi məktubu zibil qutusuna atılması barədə məlumat vermişdir. Məlum olduğu kimi, Rəcəb Tayyib Ərdoğan sənədin məzmununu “qətiyyətlə rədd edib”.

Xatırladaq ki, məktub noyabrın 9-da göndərilmişdi. Donald Tramp Türkiyə liderinə müqavilə bağlamağı, Suriyadakı hərbi əməliyyatları dayandırmağı təklif edib. Prezidentin bildirdiyi kimi, “Əgər hər şeyi düz etsəniz, tarix sizə çox sağ ol deyəcək. Axmaq olmayın”, – məktubda bildirilib.

Son xəbərlər
Digər xəbərlər