9 C
Baku
Wednesday, November 13, 2024

Ərdoğan eks-prezidentin bank hesablarını dondurdu – Siyahıda daha 4 nəfər var

Prezident Rəcəb Tayyib Ərdoğan 5 Yəmən vətəndaşının Türkiyədəki bank hesablarının dondurulması haqqında fərman imzalayıb.

Banker.az Fed.az-a istinadən xəbər verir ki, bu fərman “Rəsmi qəzet” nəşrində dərc olunub.

Siyahıda Yəmənin sabiq prezidenti Əli Abdullah Saleh olmaqla, “Husi” qruplaşmasının hərbi komandiri Əbül Xaliq əl-Husi, “Husi” inqilabçılarının ikinci komandiri Abdullah Yəhya əl-Hakim, Yəməndə qiyamçı zeyditlərin rəhbəri Əbdülmalik əl-Husi, keçmiş səfir və briqada generalı Əhməd Əli Abdullah Saleh yer alıb. 

Qərar 26.02.2020-ci ilə qədər qüvvədə olacaq. 

Xatırladaq ki, 34 il Yəməni idarə edən 75 yaşlı Əli Abdullah Saleh 2017-ci ilin dekabrında paytaxt Sənada döyüşlər zamanı öldürülüb.

Son xəbərlər
Digər xəbərlər