“Dünyada F-16-ların da alternativləri var”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib.
“Patriotlarla bağlı istəklərimiz ödənmədiyinə görə, S-400-ləri aldıq. Əgər ABŞ-da ehtiyacımızı ödəməsə, dünyada bu istəyimizi qarşılaya biləcək çox ölkə var”, – dövlət başçısı bildirib.
Qeyd edək ki, ABŞ-dakı erməni və yunan lobbiləri F-16 qırıcı təyyarələrinin Türkiyəyə satılmasına qarşı çıxırlar. ABŞ Prezidenti Cpzef Bayden sözgüedən təyyarələrin Türkiyəyə tədarükü ilə bağlı vəd versə də, bu, hələ baş tutmayıb.