“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Fars körfəzi ölkələrinə səfəri zamanı 50 milyard dollardan çox dəyəri olan investisiya sazişlərinin imzalanacağı gözlənilir”.
Bu barədə “Hürriyet” qəzeti məlumat yayıb.
Ərdoğan iyulun 17-dən 19-dək Qətərə, Səudiyyə Ərəbistanına və Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfər etməyi planlaşdırır. Daha əvvəl jurnalistlərə açıqlamasında Türkiyə lideri məbləği açıqlamasa da, ölkəyə ciddi investisiya yatırılacağına ümid etdiyini bildirib.
Qəzet yazır ki, səfər çərçivəsində enerji, nəqliyyat, müdafiə sənayesi sahələrində həm konkret layihələr, həm də Türkiyəyə birbaşa uzunmüddətli investisiyaları nəzərdə tutan sazişlərin imzalanması planlaşdırılır.