2 C
Baku
Sunday, December 15, 2024

Ərdoğan: Hər kəs hesabını 20% inflyasiyaya görə aparsın

Türkiyə 2023-cü ilin sonuna qədər inflyasiyanı 20% səviyyəsinə, 2024-cü ildə isə tək rəqəmli ədədlərə endirməkdə israrlıdır.

Banker.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışı zamanı danışıb.

Ərdoğan çıxışında bunları da əlavə edib:

“Sizə açıq deyirəm, hər kəs hesabını 2023-cü ildə 20% səviyyəsini nəzərə alaraq aparsın. Əks istiqamətdə hərəkət edənlərlə biz hakimiyyət olaraq səlahiyyətimizdən və millətimizin iradəsindən istifadə edərək lazımi cavabı verəcəyik”.

Son xəbərlər
Digər xəbərlər