“Türkiyə hökuməti uçot dərəcəsini endirməyə davam edəcək”.
Bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
“Qardaşlarınız hakimiyyətdə olduğu müddətdə faiz hər gün, hər həftə və hər ay azalmağa davam edəcək. Bizim kiminsə məsləhət və tövsiyələrinə ehtiyacımız yoxdur”, – deyə Ərdoğan bildirib.
Türkiyə Mərkəzi Bankının (TMB) Pul siyasəti komitəsinin son iclası 22 sentyabrda keçirilib. İclasda uçot dərəcəsi 1 faiz bəndi azaldılaraq 13%-dən 12%-ə endirilib.