Biz İrana qarşı sanksiyaların əleyhinəyik.
Bunu İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei ilə görüşdə Türkiyə Prezidenti Rəcəb Təyyib Ərdoğan deyib.
O bildirib ki, Türkiyə İrana qarşı zülmlər qarşısında heç vaxt susmayıb, İran və Türkiyə qardaşlığı bütün sahələrdə genişlənməlidir:
“Biz həmişə İrana qarşı birtərəfli sanksiyaların əleyhinə olmuşuq və olacağıq, Hərtərəfli Birgə Fəaliyyət Planı çərçivəsində İranın haqlı gözləntilərini dəstəkləyirik və türk şirkətlərini İrana sərmayə qoymağa təşviq edirik”.
O qeyd edib ki, Suriyada terrorçu qruplaşmalar Almaniya, İngiltərə, Fransa və xüsusilə də ABŞ kimi Qərb dövlətləri tərəfindən ciddi şəkildə dəstəklənir:
“Türkiyənin Suriyanın ərazi bütövlüyü ilə bağlı mövqeyi bəllidir, biz Suriya hökumətinin siyasi proseslərə başlamasını gözləyirik”.
Ərdoğan deyib ki, Tehranda keçiriləcək Astana prosesi sammitində Suriya məsələsi gündəmdədir və biz yaxşı nəticələr əldə edəcəyimizə ümid edirik.