Biz Madriddə İsveç və Finlandiyanın sadəcə NATO-ya qoşulmaq dəvətinə “hə” demişik.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə namazı öncəsi açıqlamasında deyib.
O qeyd edib ki, bəziləri bunu artıq üzvlüyə razılıq kimi qələmə versə də, bu prosesdə hələ qət ediləcək yol var.
Onun sözlərinə görə, bu iki ölkənin NATO-ya üzv ola bilmək üçün Türkiyənin bütün şərtləri Madriddə imzalanan üçtərəfli memorandumda qeyd olunub.