12 C
Baku
Saturday, November 23, 2024

Ərdoğan Makronla altılıq formatında əməkdaşlıq platformasının yaradılmasını müzakirə edib

“Fransa Prezidenti Emmanuel Makron görüşümüz zamanı Cənubi Qafqazdakı vəziyyəti gündəmə gətirdi”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Romada G-20-lərin sammitindən qayıdan zaman jurnalistlərin sualını cavablandırarkən deyib.

“Dedik ki, keçən həftə orada olmuşuq və hazırda Cənubi Qafqazda müsbət addımlar atılır və qardaşımız İlham Əliyev bu müsbət addımları qətiyyətlə davam etdirmək istəyir. Hətta Nikol Paşinyanla görüşü də olub.

Bu görüşdə bölgədə altılıq formatında əməkdaşlıq platformasının yaradılması məsələsi gündəmə gəldi. Rusiya, Azərbaycan, Türkiyə, İran, Gürcüstan və Ermənistan hamısı razılaşsa, biz burada sülh platforması yaratmış olarıq. Bizim istəyimiz odur ki, bu baş versə, effektiv olacaq”Ş – Ərdoğan əlavə edib.

Son xəbərlər
Digər xəbərlər