Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Malayziyanın Baş naziri Ənvər İbrahimlə videokonfrans vasitəsilə danışıb.
Ərdoğan Ənvər İbrahimin dəvəti ilə ilk fürsətdə Malayziyaya səfər edəcəyini bildirib.
Türkiyə-Malayziya əlaqələrinin hərtərəfli strateji tərəfdaşlıq əsasında daha da irəli getdiyini deyən Ərdoğan, Şimali Kipr Türk Cümhuriyyətinin Malayziyada Ticarət Bürosunun açılması ilə bağlı razılıq verilməsini də alqışladığını qeyd edib.