Türkiyənin xarici siyasəti hər zaman sülhə yönəlik olub.
Bu barədə Birləşmiş Millətlər Təşkilatının 77-ci Baş Assambleyasında (BMT) çıxışı zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Ərdoğan Türkiyənin münaqişələrin tam mərkəzində olan ölkə olaraq problemlərin yaranmasının deyil, həllinin bir parçası olduqlarını əlavə edib.
Ərdoğan Suriyada davam edən münaqişəyə də toxunub.
“Ölkəmizə qarşı hücumlar edən və Suriyanın ərazi bütövlüyünü də təhdid edən PKK və onun törəmələrinə qarşı Türkiyənin cavabsız durması qəbul edilə bilməz. Terroristlərin adlarını dəyişdirməklə məşğul olanları dərhal onları silahlandırmaqdan, xətalarından imtina etməyə dəvət edirik. Terror təşkilatlarına qarşı lazım olanları etməkdən əsla geri çəkilməyəcəyik”.
Türkiyə lideri İsrail-Fələstin məsələsində iki dövlət prinsipinə güclü dəstək verdiklərini əlavə edib.
“Bölgədəki problemin həll olunması və hərtərəfli sülhə nail olmaq üçün paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövlətinin qurulmasından başqa bir yol yoxdur”, – deyə o bildirib.