12 C
Baku
Saturday, November 23, 2024

Ərdoğan NATO-nun baş katibi ilə görüşdü

Antalyada ikinci dəfə təşkil edilən Diplomatiya Forumu işə başlayıb.

Tədbir çərçivəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun baş katibi Yens Stoltenberqi qəbul edib.

Stoltenberq Türkiyənin Ukraynada münaqişənin sülh yolu ilə həllinə gətirib çıxara biləcək diplomatik və siyasi prosesləri asanlaşdırmaq üçün göstərdiyi səyləri təqdir etdiyini bildirib.

Qeyd edək ki, Forumda dünyanın 75 ölkəsindən 17 dövlət və hökumət başçısı, 80 nazir, 39 beynəlxalq təşkilat nümayəndəsi iştirak edir.

Son xəbərlər
Digər xəbərlər