6 C
Baku
Sunday, December 15, 2024

Ərdoğan Nazirlər Kabinetini toplayır: Bosfor və Çanaqqala boğazı məsələsi də daxil edilib

Bu gün prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Ukraynanın gündəliyi ilə bağlı Nazirlər Kabinetinin iclası keçiriləcək.

Türk KİV bildirir ki, iclasda bölgədə baş verən proseslərin Türkiyəyə təsirləri ilə bağlı hərtərəfli qiymətləndirmənin aparılacağı gözlənilir.

Bu məsələ ilə bağlı Ərdoğan və onun heyətinin həmkarları ilə diplomatik təmasları müzakirə olunacaq. İclasda Rusiyanın hücumuna son qoymaq üçün vasitəçilik də daxil olmaqla atıla biləcək bütün addımlar müzakirə olunacaq. Rusiyanın Ukraynaya qarşı əməliyyatının regionda yaradacağı vəziyyət və bunun iqtisadiyyat, ticarət və turizm sektoruna təsirləri, qərb ölkələrinin SWIFT addımı, Ukraynaın Rusiyaya məxsus hərbi gəmilərin Bosfor və Çanaqqala boğazından keçməsinə qadağa qoyulması tələbini Nazirlər Kabinetinin gündəmində olacaq.

Ukraynada Türkiyə vətəndaşlarının təxliyəsi üçün aparılan işlər müzakirə olunacaq.

Nazirlər Kabinetinin iclasında ölkədaxili proseslər, xüsusilə də iqtisadiyyatla bağlı məsələlər dəyərləndiriləcək. Prezident Ərdoğan görüşdən sonra xalqa müraciət edəcək.

Son xəbərlər
Digər xəbərlər