Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Niderlandın Baş naziri Mark Rutte ilə telefon danışığı aparıb.
Bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.
Qeyd olunub ki, danışıq zamanı regional məsələlər, xüsusilə Ukrayna-Rusiya müharibəsi və Türkiyə ilə Niderland arasında münasibətlərin dərinləşdirilməsi istiqamətində atılan addımlar müzakirə edilib.